Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov Respublika Əlillərin Bərpa Mərkəzi, Mərdəkan Müalicə Pansionatı və Uşaq Bərpa Mərkəzində olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu müəssisələrdə hazırda reabilitasiya kursu keçən əlilliyi olan xanımlara, eləcə də sağlamlıq imkanları məhdud qızlara nazirliyin bayram təbriki ifadə olunub.
Aparılan bərpa müalicə işləri də nəzərdən keçirilib.