Bakı. Trend:
Yollarda diqqətli və məsuliyyətli olaq ki, arzularımız yarımçıq qalmasın.
Daxili İşlər Nazirliyi yol nəqliyyat hadisələri zamanı piyadaların vurulması hallarının qarşını almaq üçün yeni maarifləndirici videoçarx hazırlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sosial çarxda baş rolda Azərbaycanın əməkdar artisti "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Tahir İmanov çəkilib.