...

Ceyhun Bayramov: Karantin rejiminin yumşaldılmasına dair qərarlar ilk olaraq təhsil sektoruna aid edilməyəcək

Cəmiyyət Materials 27 Aprel 2020 17:33 (UTC +04:00)
Ceyhun Bayramov: Karantin rejiminin yumşaldılmasına dair qərarlar ilk olaraq təhsil sektoruna aid edilməyəcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Karantin rejiminin yumşaldılmasına dair qərarlar ilk olaraq təhsil sektoruna aid edilməyəcək.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, təhsil sektorunda fəaliyyətin bərpası 2 milyondan çox insanın hərəkətdə olması deməkdir.

C.Bayramov əlavə edib ki, məhdudlaşdırıcı tədbirlər başlayanda təhsil bu tədbirlərin tətbiq olunduğu ilk sahələrdən idi:

“Yumşalma addımları tədricən həyata keçiriləcək. Epidemioloji vəziyyətin təhlilindən sonra qərar qəbul ediləcək. Karantin rejimindən çıxış barədə qərarlar qəbul edilərkən təhsil sektoru ilklərdən biri olmayacaq”.

Nazir deyib ki, ehtiyac olarsa, yay aylarında dəstəkləyici addımlardan istifadə edilə bilər.

Nazir əlavə edib ki, “Azercell” şirkəti “Virtual məktəb” layihəsində qeydiyyatdan keçən müəllimlər üçün güzəştli internet paketi təqdim edir:

“Bununla bağlı digər mobil operatorlara da müraciət edilib. Yəqin ki, onlardan da müsbət cavab alacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti