...

Gələn ay şagirdlər arasında ölçmələr aparılacaq

Cəmiyyət Materials 7 May 2020 17:52 (UTC +04:00)
Gələn ay şagirdlər arasında ölçmələr aparılacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Gələn ay hər yaş qrupuna aid, seçmə yolla müəyyən edilən şagirdlər arasında ölçmələr aparılacaq.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, teledərslər vasitəsilə şagirdlərə ümumi məzmun çatdırılıb: “Növbəti ayda hər yaş qrupuna aid olan, seçmə şagirdlər arasında ölçmələr aparılacaq. Bunun əsasında proqramın mənimsəmə faizini daha dəqiq müəyyənləşdirəcəyik. Eyni zamanda, şagird və valideynlərə əlavə dəstək mexanizmləri təqdim edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti