...

Bu şəxslərə may ayında 190 manat verilməyəcək

Cəmiyyət Materials 8 May 2020 12:49 (UTC +04:00)
Bu şəxslərə may ayında 190 manat verilməyəcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Aprel ayında 190 manat vəsaiti alanların may ayında məşğulluq imkanı yaranarsa, onların işsiz şəxsi kimi qeydiyyatı dayandırılacaq.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni TV” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu halda həmin şəxslərə may ayı üçün 190 manatın ödənişi dayandırılacaq: “Növbəti aylarda 190 manatın verilməsinin davam edib-etdirilməyəcəyini indi demək mümkün deyil. Məlumdur ki, indi karantin rejimi ilə bağlı məhdudiyyətlər azaldılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti