...

Koronavirus insan orqanizmində gələcəkdə hansı fəsadlar törədə bilər? - AÇIQLAMA

Cəmiyyət Materials 15 May 2020 18:42 (UTC +04:00)
Koronavirus insan orqanizmində gələcəkdə hansı fəsadlar törədə bilər? - AÇIQLAMA

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus xəstələrinin sağaldıqdan sonra hansı fəsadlarla üzələşəcəkləri ilə bağlı hələ ki, təfsilatlı məlumat yoxdur.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı bildirib ki, bu gün əldə olan məlumat onu deməyə əsas verir ki, koronavirus ağ ciyərlərə ciddi xəsarət yetirir.

Onun sözlərinə görə, xroniki xəstəliyi olan, ağ ciyərində əvvəllər xəstəliyi olan şəxslər bundan daha çox əziyyət çəkə və gələcəkdə tənəffüs problemi ilə qarşılaşa bilərlər: “Ancaq immuniteti güclü olan və xəstəliyi yüngül keçirən şəxslər virusun fəsadlarını daha tez bərpa etmək qabiliyyətinə malikdirlər. Ümumilikdə isə bu virusun hansı fəsadlar törətməsi gələcəkdə aparılan araşdırmalardan sonra məlum olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti