...

Kimyaçılar 4 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı ediblər (FOTO)

Cəmiyyət Materials 19 May 2020 17:10 (UTC +04:00)
Kimyaçılar 4 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı ediblər (FOTO)

Bakı. Trend:

SOCAR həmrəylik, xeyirxahlıq və şəfqət, ruzi-bərəkət ayı olan Ramazan ayı boyunca Sumqayıt şəhəri və şəhər ətrafındakı qəsəbələrdə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı aksiyası həyata keçirib.

Trend-in məlumatına görə, gənc nəslin Vətənə və millətə sadiq, düzgün və sağlam, tolerant yetişməsində mühüm rol oynayan bu ayda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin əməkdaşları Sumqayıtda 4 mindən artıq aztəminatlı ailənin qapısını döyüb, bu ailələrin hər bir üzvünün sevinməsinə yardım ediblər.

Aztəminatlı ailələrə dəstək aksiyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni növ koronavirusun geniş yayılmasının qarşısının alınması, eləcə də pandemiya dövründə vətəndaşların maddi ehtiyacların təmin olunmasına yönəlmiş tədbirlərdən biridir. Ölkə başçısının “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın müxtəlif idarə və müəssisələri yaxından iştirak etmiş - Nizami, Sabunçu, Səbail, Qaradağ, Nərimanov, Xətai, Nəsimi, Suraxanı, Binəqədi, Pirallahı rayonlarında, eləcədə Siyəzən rayonunun kənd və qəsəbələrində müxtəlif yardım kampaniyalarına qoşularaq, ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti