Bakı. İlhamə İsabalayeva - Trend:
İyun ayında iri ticarət mərkəzlərinin açılması gündəmdədir. Əgər göstəricilər stabil olsa, bununla bağlı qərar qəbul edilə bilər.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iyunun 1-dən sonra idman zallarının açılması ilə bağlı da qərar verilə bilər. Hazırda idman tədbirlərinin keçirilməsinə icazənin verilməsi də gündəmdədir.
R.Bayramlı bununla bağlı müvafiq qərarın veriləcəyinə əminliyini də bildirib.