...

ASRP rəhbərliyi İmişli sakinlərinin Ramazan bayramını təbrik etdi (FOTO)

Cəmiyyət Materials 23 May 2020 17:56 (UTC +04:00)
ASRP rəhbərliyi İmişli sakinlərinin Ramazan bayramını təbrik etdi (FOTO)

Bakı. Trend:

Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) rəhbərliyi İmişli sakinlərinin Ramazan bayramını təbrik edib.

Partiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan Sosial Rifah Partiyası hər il Ramazan bayramında İmişli əhalisini iftar süfrəsi başına toplayır.

Bu il Covid-19 pandemiyası ilə əlaqədar mövcud karantina səbəbiylə kütləvi halda iftar süfrələrinin təşkil edilməsi qadağan edilsə də, ASRP ənənəyə sadiq qalaraq, yenə də İmişli əhalisi ilə görüşüb, onların bayramını təbrik edib.

200-ə yaxın sakinin bayram əti ilə təmin olunmasına müvəffəq olan partiya, şəhid ailələrini də, diqqətdən kənar qoymayıb. Bir çox şəhid ailələrini şəxsən ziyarət edən ASRP-nin Birinci müavini Əsli Kazımova, hər bir ailənin Ramazan bayramını təbrik edərək, onları bayram sovqatları ilə sevindirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti