...

Bakıdan ayıya görə ezam olunan mütəxəssis heyəti Şəkidədir

Cəmiyyət Materials 31 May 2020 13:13 (UTC +04:00)
Bakıdan ayıya görə ezam olunan mütəxəssis heyəti Şəkidədir

Bakı. Trend:

Artıq Bakıdan ezam olunan mütəxəssis heyəti Şəkidədir.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb.

Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib.

Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti