...

Bu günün əsas məqsədi uşaq hüquqlarının qorunmasını bir daha gündəmə gətirməkdir

Cəmiyyət Materials 1 İyun 2020 19:30 (UTC +04:00)
Bu günün əsas məqsədi uşaq hüquqlarının qorunmasını bir daha gündəmə gətirməkdir

Bakı. Trend:

Uşaqlarımızı qoruyaq!

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın hər yerində qeyd edilən bu günün əsas məqsədi uşaq hüquqlarının qorunmasını bir daha gündəmə gətirməkdir. Lakin dünyada hələ də uşaqlar təcavüzə, zorakılığa, irqi və milli ayrı-seçkiliyə, deportasiya və soyqırımlarına məruz qalırlar.

Təəssüf ki, onların içərisində Ermənistann apardığı müharibə nəticəsində uşaqlıqları, yaşamaq və sağlam böyümək haqları çalınıb qəsd edilən, atəşkəs rejimində belə düşmənin ölüm saçan güllələrinin hədəfində, atəş səsləri altında dünyaya göz açan və böyüyən məsum, günahsız azərbaycanlı uşaqlar da var.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 uşaq hələ də girovluqdadır. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Bu amansız soyqırımı zamanı 155 uşaq bir və ya hər iki valideynini itirib. Ermənistan silahlıları tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsində isə səkkizi məktəbli olmaqla 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan bir milyondan artıq sakinin 300 mindən çoxu uşaqlar idi. Bu uşaqlar uşaqlığı zorla əlindən alınanlar, ömürlərinin ən gözəl, qayğısız çağları müharibəyə qurban edilənlərdir. 2017-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən2 yaşlı Zəhranın günahı nə idi?

Lev Tolstoy öz "Hərb və sülh" əsərində yazırdı ki, dünyada müharibələrin törədilməsində günahı olmayan yeganə varlıqlar uşaqlardır. Dünyamızı gözəlləşdirən ən dəyərli varlıqlarımızı qoruyaq. İmkan verməyək ki, gül balalar qaçqın, köçkün olmasınlar, terror, müharibə qurbanları olmasınlar!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti