...

Bu şəhərlərdə küçəyə çıxmaq yenidən məhdudlaşdırıla bilər - TƏBİB AÇIQLADI

Cəmiyyət Materials 3 İyun 2020 19:30 (UTC +04:00)
Bu şəhərlərdə küçəyə çıxmaq yenidən məhdudlaşdırıla bilər - TƏBİB AÇIQLADI

Bakı. İlhamə İsabalayeva - Trend:

Hər gün minumum 200 xəstə yeni xəstələrin sırasına daxil olur.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu, TƏBİB-ə Nazirlər Kabineti yanında Operativ Qərargaha yeni müraciət üçün əsas verib: “Müraciətimiz xəritədə yoluxmanın narıncı olduğu sahələrdə həftənin cümə günü axşamdan bazar ertəsinədək küçəyə çıxma üçün məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Təklifimiz Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərləri üzrədir. Qarşıdakı 1-2 ay ərzində bütün həftə sonları və ola bilsin ki, bayram günlərində 2-3 günlük küçəyə çıxmaq qadağası ilə bağlıdır. Bu təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Küçəyə çıxmanın tam məhdudlaşdırılması ilə bağlı təklifimiz beynəlxlq təcrübəyə əsaslanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti