...

Bu il gec işə salınan Bakı fəvvarələri - onların vəziyyəti nə yerdədir? - RƏSMİ

Cəmiyyət Materials 4 İyun 2020 13:22 (UTC +04:00)
Bu il gec işə salınan Bakı fəvvarələri - onların vəziyyəti nə yerdədir? - RƏSMİ

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu il pandemiyaya görə parklar bağlı olduğundan Bakıda olan fəvvarələrin də fəaliyyətə başlaması gecikib.

Bunu Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman Məmmədov bildirib.

Onun sözlərinə görə, Operativ Qərargahın son karantin rejiminin yumşaldılması qərarından sonra parklar açılıb və fəvvarələr öz fəaliyyətinə start verib:

“BŞİH Fəvvarələrin İstismarı İdarəsinin balansında 48 fəvvarə, Dədə Qorqud parkında olan göl və Lalələr parkında hovuz var. Qaydalara görə, hər il fəvvarələr mart ayının 15-dən işə salınırdırlar və noyabr ayına kimi işləyirdilər, ancaq bu il məlum səbəblərdən parklar bağlı olub. Son yumşalma qərarı fəvvarələrin fəaliyyətinə də müsbət təsir göstərib. Onların işləmə qrafiki isə, səhər saat 08:00-dan – 10:00-dək, axşam isə 17:30-dan 21:00 qədərdir”.

Q. Məmmədov qeyd edib ki, idarənin tabeliyində olan fəvarələrə və digər su obyektlərinə gündəlik qulluq olunur:

“BŞİH başçısı Eldar Əzizovun xüsusi diqqəti sayəsində fəvvarələr qışda belə işləməyə tam hazır vəziyyətdə saxlanılır. Ümumiyyətlə isə, fəvvarələrin sistemi elə bir mexanizmlə qurulub ki, onlar gündəlik qulluq göstərilməlidir, etməsən, xırda bir problem bir müddət sonra böyüyə bilər. O baxımdan, idarəmizdə olan peşəkar əməkdaşları onlara daim qulluq edirlər. İstər kompyuter mütəxəssisləri, istər bu sistemin xidmətini bacaran digər şəxslər. Dədə Qorqurd parkında olan gölün suyunun təmiz qalması və iylənməməsi üçün həfət sonları xlor və kimyəvi maddə qatırıq. Əlavə olaraq, gölün nasosxanasında aparat var ki, suya azon vurur. Eyni qayda da olaraq Lalələr parkındakıdakı hovuza da qulluq göstərilir”.

Əlavə edək ki, bu il Moskvada da koronavirus səbəbindən fəvvarələr mövsümünün vaxtında başlanması təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti