...

Bu tədris ilində Bakıda 23 mindən çox şagird oxuduğu məktəbi dəyişib

Cəmiyyət Materials 12 İyun 2020 11:23 (UTC +04:00)
2019-2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Bu tədris ilində Bakıda 23 mindən çox şagird oxuduğu məktəbi dəyişib

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, bu tədris ilində 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.

Həftədə 4 gün fəaliyyət göstərmiş məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti