Bakı. Elçin Mehdiyev – Trend:
Xüsusi karantin günlərində vətəndaşlar hər hansı bir çətinliklə üzləşsələr, ASAN xidmətin “108” çağrı xidmətinə zəng edə bilərlər.
Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.
Ü.Mehdiyev bildirib ki, istər kommunal xidmətlər, təcili yardım və digər məsələlərlə bağlı vətəndaşlar hər hansı bir çətinliklə üzləşsələr “108” çağrı mərkəzinə zəng edə bilərlər: “Bizim əməkdaşlarımız vətəndaşları müvafiq qurumlarla, zəruri xidmət sahələri ilə əlaqələndirəcək, onlara operativ məlumatlar təqdim ediləcək. Həmçinin, əgər həmin gün yolda qəza baş verərsə və ya kimsə hər hansı səbəbdən yolda qalarsa, bununla bağlı da “108” çağrı mərkəzinə zəng etmək olar. Bu günlərdə ASAN xidmət vətəndaşların yanındadır”.