...

"E-Təbib" insanları ətrafdakı viruslu şəxslərlə bağlı xəbərdar edəcək - Proqram pulsuz olacaq

Cəmiyyət Materials 20 İyun 2020 11:23 (UTC +04:00)
"E-Təbib" insanları ətrafdakı viruslu şəxslərlə bağlı xəbərdar edəcək - Proqram pulsuz olacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Ətrafdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə insanları xəbərdar edəcək “E-Təbib” mobil tətbiqindən istifadə bütün mobil operator istifadəçiləri üçün pulsuz olacaq.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Bulu İsmayılova Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, “E-Təbib” mobil tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcək:

“İnsanlar ictimai yerlərdə olarkən bu barədə məlumatlar iki metr məsafədən müəyyən ediləcək. Amma bu məsafə iki metrdən çox olmamalıdır. Məlumatlar bluetooth texnologiyası əsasında təyin ediləcək. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.) bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcək. “E-təbib” mobil tətbiq əlavəsindən istifadə zamanı internet trafiki pulsuz olacaq”.

Qeyd edək ki, tətbiqi asanlıqla telefonunuza yükləmək mümkündür. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin. Bluetooth qurğusunu işə salın. “E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti