...

Hande Harmançı: Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik

Cəmiyyət Materials 29 İyun 2020 09:25 (UTC +04:00)
Koronavirus onu dayandırmağı bacarana qədər həyatımızda olmağa davam edəcəkdir. Bunu başa düşməliyik.
Hande Harmançı: Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirus onu dayandırmağı bacarana qədər həyatımızda olmağa davam edəcəkdir. Bunu başa düşməliyik.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı deyib.

Onun sözlərinə görə, qarşımızda çox uzun bir yol var:

"Xoşumuza getmədiyimiz, öyrəşmədiyimiz, bizim üçün çətin olacaq işləri görmək məcburiyyətində olacağımız aylar var. Başqa bir qısa yolu yoxdur. Hər kəs fiziki məsafəni qoruyub saxlasın, əllərini yusun, maska ​​taxsın. Tibb işçiləri, test edin, təcrid edin, təmasları izləyin və karantinə alın. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti