...

Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)

Cəmiyyət Materials 10 İyul 2020 14:09 (UTC +04:00)
Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib. İyul ayının 9-da koronavirus pandemiyası ilə bağlı Rusiya Federasiyasından həkim heyəti Azərbaycan Respublikasına səfər etmişdir. Rusiya Federal Biomedikal Agentliyinin (FBMA) baş infeksionisti Vladimir Nikiforov başda olmaqla nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalında olublar. Onlar Hospitalın şöbələrini gəzmiş, Reanimasiya şöbəsində və digər stasionar şöbələrdə koronavirus infeksiyası ilə müalicə olunan xəstələri ziyarət ediblər.

Bu barədə Trend-ə Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

Hospitalın həkimləri ilə birgə müalicə protokolları, görülən diaqnostik və müalicə tədbirləri barədə diskussiyalar aparılmış, müəyyən tövsiyələr verilmişdir. Hospitalın şöbələri ilə tanışlıqdan sonra Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov və müalicə işləri üzrə rəsi müavini Bəxtiyar Musayevlə rusiyalı həkimlər arasında görüş keçirilmişdir.

Görüş zamanı qonaqlar Hospital barədə öz fikirlərini söyləmişlər. Onlar Hospitalın COVİD-19-la mübarizəyə hazırlıqda, avadanlıq və müalicə taktikası və müalicə sxemləri ilə bağlı yüksək professionallığını xüsusi qeyd etmişlər. Qonaqlar, eyni zamanda, Hospitalın texniki cəhətdən hazırlığını, burada xəstələr və tibbi personal üçün xüsusi yolların ayrılmasını, nişanlanmasını, dezinfeksiya zonasını, ümumiyyətlə Hospitalın texniki təchizatını, işlənilən protokolları yüksək qiymətləndiriblər, ümumilikdə Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər. Nüfuzlu rusiyalı mütəxəssislər Vətənimizin bu çətin günlərində COVİD-19 pandemiyası şəraitində gərgin iş rejimində çalışan peşəkar və yüksəkixtisaslı həkimlərimizin və fədakar tibb işçilərimizin böyük əməyini xüsusilə vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti