...

Gəncədə xəstəxananın hasarının uçması qaz xəttini yararsız hala salıb (FOTO)

Cəmiyyət Materials 11 İyul 2020 14:48 (UTC +04:00)
Gəncədə xəstəxananın hasarının uçması qaz xəttini yararsız hala salıb (FOTO)

Bakı. Asif Mehman - Trend:

Gəncə şəhərində səhər saatlarında yağan güclü yağış nəticəsində Mərkəzi Klinik xəstəxananın hasarı uçub.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Uçma nəticəsində xəstəxanaya məxsus diametri 76 mm olan yerüstü polad qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb. Təhlükəsizlik tədbiri olaraq qaz təchizatı dayandırılıb.

Fəsadlar aradan qaldırılan kimi qaz təminatı da dərhal bərpa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti