...

AQTA: Qida təhlükəsizliyi üzrə vahid elektron informasiya sistemi yaradılıb

Cəmiyyət Materials 20 İyul 2020 14:52 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icrası çərçivəsində ölkədə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal əməliyyatları üzrə “E-müraciət” və “Qeydiyyat” modulları yaradılıb.

Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aidiyyəti dövlət orqanlarına məxsus məlumat bazalarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən AQTA-nın AQTİS sistemi ilə inteqrasiyası təmin edilib. Belə ki, Dövlət Vergi Xidməti ilə VÖEN, Ədliyyə Nazirliyi ilə FİN məlumatların alınması üzrə, Dövlət Gömrük Komitəsinin isə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə inteqrasiya həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti