...

Azərbaycanda koronavirusdan sağalanların sayı 19 mini keçdi

Cəmiyyət Materials 20 İyul 2020 17:04 (UTC +04:00)
Azərbaycanda koronavirusdan sağalanların sayı 19 mini keçdi

Bakı. Trend:

Azərbaycanda bir gündə koronavirusdan sağalanların sayı 523 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, Azərbaycanda 369 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib, 8 037 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817, ötən müddət ərzində isə ümumilikdə 634 698 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti