...

AZAL daha 201 nəfər Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirib (FOTO)

Cəmiyyət Materials 26 İyul 2020 21:44 (UTC +04:00)
AZAL daha 201 nəfər Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Milli aviadaşıyıcısı 26 iyul tarixində daha bir çarter reysi ilə Moskvadan "COVID-19" koronavirus pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı qaytarmışdır.

AZAL-dan Trend-ə verilən məlumata görə, sözügedən reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.

Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanan plana əsasən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti