...

Amerikalı şerif Los-Ancelesdə azərbaycanlılara hücum barədə danışıb (VİDEO)

Cəmiyyət Materials 27 İyul 2020 14:08 (UTC +04:00)
Amerikalı şerif Los-Ancelesdə azərbaycanlılara hücum barədə danışıb (VİDEO)

Bakı. Trend:

Amerikalı şerif, ABŞ-dakı Azərbaycan diasporunun üzvü Fəxri Mirzəquliyev iyulun 21-də radikal erməni millətçilərinin Los-Ancelesdə azərbaycanlılara hücumları barədə danışıb.

Trend-in məlumatına görə, o, bu barədə “Next TV” “YouTube” kanalına müsahibə verib.

Amerikalı şerif bildirib ki, müəyyən məqamda 3 min erməninin arasından təxribatçı qruplar ayrıldı:

“10 metrlik dar küçə ilə insanlar gəlməyə başladılar. Təxminən 200-300 nəfər olardı. Müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində söyüşlər söyürdülər. Mən azərbaycanlıları sakitləşdirərək təxribatlara cavab verməməyə səslədim. Çünki bu qrupun mitinqə yox, hadisə yerinə başqa məqsədlərlə gəldiyi məlum idi. Onlar orada dayanıb yalnız səni öldürmək, döymək barədə düşünürdülər. Onlar üçün sənin nə dediyin maraqlı deyildi. Öz mövqelərini açıqlamaq barədə düşünmürdülər".

Fəxri Mirzəquliyev bildirir ki, artıq zorakılıqdan qaçmağın çox çətin olacağı aydın idi:

“Təxribatçıların sayları artdıqda polis də bunu anladı və bizə yaxınlaşıb sakit bir şəkildə buradan uzaqlaşmağımızı istədi. Təhlükəsizliyimizi təmin edə bilməyəcəklərini dedilər. Polislərə yaxınlaşıb maşınlarımıza təhlükəsiz şəkildə minə biləcəyimizə dair zəmanət istədim. Onlar bunu edə biləcəklərini qeyd etdilər. 25 nəfərlik qrup maşınlara doğru getdiyində 200-300 təxribatçı onlara tərəf şüşə, daş atmağa başladılar. Soydaşlarımızdan bəziləri xəsarət aldı. Onlar açıq şəkildə hücum etdilər. Polis bizimlə onların arasında dayansa da, qarşı küçəyə doğru hərəkət etməyimizi istədilər. Artıq erməni təxribatçılarını saxlaya bilməyəcəklərini qışqırırdılar. Mən özümüzünküləri istiqamətləndirməyə çalışırdım. Anladım ki, mitinq artıq çoxdan başa çatıb. Bu artıq mitinq yox, ov idi. Lakin azərbaycanlılardan bəziləri hələ də bunu anlamırdı və əllərində bayraqla şüarlar qışqırırdı. Yan küçədə isə qorxduğum oldu. Erməni təxribatçıları bizim qorunmayan soydaşlarımıza hücum etdilər”.

Amerikalı şerifin sözlərinə görə, Los-Anceles polisi ilə bağlı artıq məhkəməyə müraciət hazırlanır. Səbəb polisin Amerika vətəndaşlarını iğtişaşçılardan yetərincə qorumaması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti