...

DİM: Rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir

Cəmiyyət Materials 3 Avqust 2020 13:56 (UTC +04:00)
DİM: Rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 6 binada, Naxçıvan şəhərində isə 1 binada təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, namizədlər iyul ayının 29-dan etibarən DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilirlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcəkdir.

Xatırladaq ki, ehtiyac yaranarsa, rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti