...

MTRŞ videoformatda iclas keçirib

Cəmiyyət Materials 17 Avqust 2020 16:10 (UTC +04:00)
MTRŞ  videoformatda iclas keçirib

Bakı. Trend:

Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.

MTRŞ-dan Trend-ə bildirlib ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

4 avqust 2020-ci il tarixdə “Lider” televiziya kanalının efirində saat 20.00–21.00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 22 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 10 avqust 2020-ci il tarixdə “ATV” televiziya kanalının efirində saat 16.00–17.00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 20 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti