...

Səyyar ASAN Respublika Psixiatriya Xəstəxanasında 180-dən çox şəxsə xidmət göstərib (FOTO)

Cəmiyyət Materials 21 Avqust 2020 15:41 (UTC +04:00)
Səyyar ASAN Respublika Psixiatriya Xəstəxanasında 180-dən çox şəxsə xidmət göstərib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan 180-dən çox şəxsə səyyar ASAN xidmət göstərilib.

ASAN xidmətdən Trend-ə verilən məlumata görə, onlar şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti