Nazir dərslərin başlayacağı tarixi açıqladı

Cəmiyyət Xəbər 27 Avqust 2020 17:12 (UTC +04:00)
Nazir dərslərin başlayacağı tarixi açıqladı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda tədris ili sentyabr ayının 15-dən başlayır. Təhsil bərpa olunacaq, ancaq xüsusi şərtlər daxilində.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

E. Əmrullayev bildirib ki, ən səmərəli olan təkliflər əsas götürülməlidir: “Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti