...

Xarici dil və kimya müəllimi işləmək istəyənlər imtahan verirlər

Cəmiyyət Materials 1 Sentyabr 2020 09:42 (UTC +04:00)
Xarici dil və kimya müəllimi işləmək istəyənlər imtahan verirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 1-də ingilis dili, alman dili və kimya fənləri üzrə test imtahanları keçirilir. İmtahanlarda 1530 namizədin iştirakı nəzərdə tutulur.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti