...

İndiyədək imtahan proseslərində koronavirusa yoluxan olmayıb - RƏSMİ

Cəmiyyət Materials 8 Sentyabr 2020 15:16 (UTC +04:00)
İndiyədək imtahan proseslərində koronavirusa yoluxan olmayıb - RƏSMİ

Bakı. İlhamə İsabalayeva – Trend:

İndiyədək imtahan proseslərində koronavirusa heç bir yoluxma qeydə alınmayıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, iyunun 1-dən başlayaraq, Dövlət İmtahan Mərkəzi imtahanlar keçirməyə başlayıb. İndiyədək 288 637 nəfərə biliyin qiymətləndirilməsi üzrə xidmət göstərilib: “Pandemiya şəraitində bütün sanitar-gigiyenik normalara riayət edilib”.

M.Abbaszadə qeyd edib ki, sentyabrın 10-da buraxılış imtahanı verməyənlər üçün buraxılış imtahanları, sentyabrın 11-də jurnalistikaya qabiliyyət imtahanı, daha sonra isə rezidenturaya qəbul imtahanı keçiriləcək. Beləliklə, imtahanda iştirak edənlərin sayı 400 minə yaxın olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti