...

İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir

Cəmiyyət Materials 15 Sentyabr 2020 16:36 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisası istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə əlavə sənəd qəbulu elan edilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sənəd qəbulu üzrə son müraciət tarixi 20 sentyabr 2020-ci ildir.

Qeyd edək ki, sözügedən proqram çərçivəsində bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək.

İ

Məqalədə:
Xəbər lenti

Xəbər lenti