...

"Cimerlik.az" portalı fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 23 Sentyabr 2020 16:41 (UTC +04:00)
"Cimerlik.az" portalı fəaliyyətini dayandırıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Pandemiya dövründə yaradılan www.cimerlik.az saytı fəaliyyətini dayandırıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, portalın işləməməsi çimərlik mövsümünün bitməsi ilə əlaqədardır:

"Pandemiya dövründə çimərliklərdə istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla, çimərliyin tutumunu müəyyən etməyə xidmət edən www.cimerlik.az xüsusi internet səhifəsi yaradılıb.

Pandemiya dövründə çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə biliblər. Eyni zamanda, yerlərdə vəziyyətin müəyyən edilməsi üçün xüsusi mobil tətbiq hazırlanıb ki, bu tətbiq vasitəsilə çimərlik ərazisinə daxil olan və çıxan şəxslərin sayı sistemə ötürülməsi təmin olunub. Artıq çimərlik mövsümünün bitməsi ilə əlaqədar olaraq portal fəaliyyətini dayandırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti