...

Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyevdən Vətənə dəstək videosu

Cəmiyyət Materials 1 Oktyabr 2020 18:01 (UTC +04:00)
Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyevdən Vətənə dəstək videosu

Bakı. Trend:

Hazırda Türkiyə millisində çıxış edən, Türk millisinin qızıl medal qazanan ilk atleti, əslən azərbaycanlı Ramil Quliyev işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə xətti boyunca yerləşən mövqelərinə, mülki obyektlərə və mülki şəxslərə qarşı növbəti təxribatına etiraz olaraq video paylaşıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə məlumat verilib.

Videoda deyilir: “Biz azərbaycanlılar 30 ildir ki, torpaqlarımızın geri qaytarılması həsrəti ilə yaşayırıq. İndi isə ən təbii özünümüdafiə haqqımızdan istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik. Bu, haqq mübarizəsidir. Bu yol haqq yoludur. İnanıram ki, yolun sonunda ölkəmiz zəfər qazanacaq”.

Daha sonra isə o əlavə edib: “arabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə - Azərbaycan!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti