Ukrayna və Serbiya ombudsmanları Azərbaycan Ombudsmanına dəstək ifadə ediblər

Cəmiyyət Materials 5 Oktyabr 2020 02:48 (UTC +04:00)
Ukrayna və Serbiya ombudsmanları Azərbaycan Ombudsmanına dəstək ifadə ediblər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya Ukraynanın İnsan Hüquqları üzrə Parlament Müvəkkili və Serbiya Vətəndaşlarının Müdafiəçisi tərəfindən dəstək məktubları ünvanlanıb.

Trend xəbər verir ki, Ukrayna və Serbiyadan olan həmkarları Ombudsmana məktublarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində yerləşən yaşayış məntəqələrinin hədəfə alınması ilə ağır artilleriyadan atəşə tutulması və insan tələfatı ilə nəticələnən vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər. Hər iki məktubda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti