...

Bakıda şəhid və Milli Qəhrəman adı daşıyan məktəblərin sayı açıqlandı (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2020 10:30 (UTC +04:00)
Bakıda şəhid və Milli Qəhrəman adı daşıyan məktəblərin sayı açıqlandı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

İdarədən Trend-ə verilən məlumata görə, məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, vaxtaşırı olaraq məktəblərdə adını daşıdıqları qəhrəmanların anım mərasimləri keçirilir, onların hamıya örnək həyat yolu gənclərə nümunə kimi göstərilir.

Eləcə də təhsil müəssisələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi məqsədilə məqsədyönlü işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti