...

Şanlı ordumuzun yüksək döyüş ruhu qələbələrimizin əsas təminatıdır - Nəcəf Müseyibli

Cəmiyyət Materials 9 Noyabr 2020 09:41 (UTC +04:00)
Şanlı ordumuzun yüksək döyüş ruhu qələbələrimizin əsas təminatıdır - Nəcəf Müseyibli

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün bütün Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, onun müdrik diplomatiyası, şanlı ordumuzun yüksək döyüş ruhu qələbələrimizin əsas təminatıdır.

Trend-in məlumatına görə, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.

Onun sözlərinə görə, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda Vətən müharibəsi müvəffəqiyyətlə davam edir:

"Hər gün cəbhədən ərazilərimizin hissə-hissə azad edilməsi, düşmənin hərbi potensialının məhv edilməsi ilə bağlı qələbə xəbərləri gəlir. Torpaqlarımız addım-addım işğaldan azad edilməkdədir. Azərbaycan üçün mühüm mənəvi dəyəri olan Şuşa şəhərinin azad edilməsi misli görünməmiş bir tarixi hadisədir. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaqdır!"

N.Müseyibli qeyd edib ki, sonuncu erməninin işğal edilmiş ərazilərimizdə ya məhv edilməsi, ya da sərhədlərimizdən çıxarılması ilə əsaslı qələbəyə nail ola bilərik.

Direktor müavini bildirib ki, işğaldan azad edilən və bundan sonra da azad ediləcək ərazilərdə həyatın bütün sahələri bərpa ediləcək. Bununla əlaqədar Prezident artıq sərəncamlar imzalamış, müvafiq göstərişlər verib:

"Əlbəttə, bu bölgədə quruculuq işləri ilə yanaşı elmi tədqiqatların aparılması da ən aktual məsələlərdəndir. Torpaqlarımızla birgə abidələrimiz də azad edilir. Bu baxımdan respublikamızda əsas elmi mərkəz olan Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında böyük vəzifələr durur. Azad edilmiş ərazilərin flora və faunası, təbii ehtiyatları, landşaftı, iqlimi və s. sahələri geniş araşdırılmalı və bütün bunlar bölgənin iqtisadi inkişafına yönəldilməlidir".

Tədqiqatların aparılacağı əsas istiqamətlərdən biri bölgənin tarixi-arxeoloji abidələrinin araşdırılması olacaqdır. Bu baxımdan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun yerinə yetirəcəyi işlər həddən artıq çoxdur. Qarabağın və ətraf rayonların abidələrinin tədqiq edilməsi, qədim və Orta Əsrlər tarixinin öyrənilməsi, elmi araşdırmaların nəticələrinin beynəlxalq aləmdə yayılması qarşıdakı ən mühüm vəzifələrdir. Çünki tarixi abidələr xalqın milli pasportudur. Tarixi-arxeoloji abidələrin araşdırılması bu bölgənin qədim zamanlardan Azərbaycan xalqının ulu əcdadlarının vətəni olduğunu sübut edir. Məhz ordumuzu da hər gün irəli aparan güclü inamın mənbəyində də bu amil dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti