...

Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB

Cəmiyyət Materials 2 Dekabr 2020 14:52 (UTC +04:00)
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB

Bakı. Elçin Mehdiyev - Trend:

Hər bir vətəndaşı koronavirusla bağlı qoyulan qaydalara riayət etməyə, diqqətli olmağa çağırıram.

Trend-in məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bu gün keçirilən brifinqdə deyib.

N.Mustafayeva həmçinin 65 yaşdan yuxarı insanları evdən çıxmamağa çağırıb. O qeyd edib ki, virusla bağlı vəziyyətə hər kəs diqqətlə yanaşmalıdır.

N.Mustafayeva əlavə edib ki, vəziyyət daha da gərginləşdiyi halda yoluxmaların azaldılması üçün sərt karantin rejiminin tətbiq edilməsi qaçılmaz ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti