Bakı. Ceyhun Ələkbərov - Trend:
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.
Trend-in məlumatına görə, Kəlbəcərdə artıq yeni polis şöbəsinin binası da hazırdır.
Xatırladaq ki, noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.