...

Anan bilirdi... O sənin şəkillərini yuxuda divardan asılmış görmüşdü… Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə..."

Cəmiyyət Materials 13 Dekabr 2020 19:32 (UTC +04:00)
Anan bilirdi... O sənin şəkillərini yuxuda divardan asılmış görmüşdü… Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə..."

Bakı. Trend:

Azərbaycan yazıçııs Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Saleh Nuriyevə həsr edilmişdir...

-Salam Saleh.

- Hər vaxtınız xeyir.

- Bir az danışaq?

- Əlbəttə!

- Saleh, sənin əkiz bacın var və deyəsən siz texniki kolleci bitirmisiniz?

- Bəli, var. Amma əkiz bacım Memarlıq institutunu bitirib.

- Kim olmaq istəyirdin?

- Nə bilim, fikirləşməmişəm (gülür).

- Yaxşı, bəs planların var idi?

- Hə, belə bir yer açmaq istəyirdim ki, kişilər ayri, ailələr ayrı otursunlar.

- Marağlıdır. Əslində mən də elə düşünürəm. Kafelərə, restoranlara ailəvi gedərkən mühit də ona bənzər olmalıdır.

- Təbii. Ona görə belə fikirlərim var idi... Amma qismət məni müharibəyə gətirdi...

- Heyfslənirsən?

- Qətiyyən, belə olmalı idi. Əslində dostlarım da yanımda...

- Saleh, harda idin o an?

- Cəbrayılda...

- Anan bilirdi... O sənin şəkillərini yuxuda divardan asılmış görmüşdü.

- Ana ürəyidi də. Siz soruşdunuz ki, heyfslənirəmmi? İndi də fikirləşirəm ki, anama, bacılarıma mənim bu həyatdan köçməyim o qədər dərd gətirdi ki...

- Heç deməyə sözüm də yoxdur.

- Hə, nə deyəsiz ki, olan olub.

- Saleh, sehirli ağacın olsaydı nə edərdin?

- Birinci Qarabağ müharibəsi olmayaydı kaş... Bilirsiniz dayım 92-də itkin düşüb Ağdamda, həmişə deyirdim ki, onun ruhu şad olsun. Bilirdim ki, dayımın səsin elə Qarabağda duyacağam.

- Duydun?

- Hə (gülümsəyir). Bizimkilər məni bir dəfə müharibədən qaytardılar. Daşkəsəndən məni Gəncəyə gətirdilər. O zaman çox hirsləndim, amma bacardım və qayıtdım.

- Niyə, Saleh?

- Bəs necə? Dayım o vaxt özünü qurban verib, mən getməyim?

- Saleh, adətən söhbətin axırında sual verirəm, amma bu səfər özüm demək istəyirəm ki, İlahədən söz almışam ki, o məni toyuna çağırsın.

- Nə dedi?

- Söz verdi ki çağıracaq.

- Dedisə çağırar. Mən də gələrəm, yuxarıdan izləyərəm (gülümsəyir). Sevirəm hamınızı, möhkəm olun!

Xəbər lenti

Xəbər lenti