...

Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2020 16:02 (UTC +04:00)
Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Ölkədə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbilə Gəncədə “COVİD-19” – a qarşı həyata keçirilən kompleks tədbirlərin miqyası da genişləndirilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, şəhərdə xüsusi qrafik üzrə dezinfeksiya işləri aparılır.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər çoxmənzilli yaşayış binaları və onların həyətlərini, dayanacaqları, piyada keçidlərini, oyun meydançalarını, bank və ATM-lərin qarşısını əhatə edib.

Sözügedən ərazilər xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya olunublar. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti