...

Şuşadakı abidələrlə bağlı aparılan qiymətləndirmənin ilkin nəticəsi açıqlanıb: 11 məscid yox edilib

Cəmiyyət Materials 21 Dekabr 2020 16:53 (UTC +04:00)
Şuşadakı abidələrlə bağlı aparılan qiymətləndirmənin ilkin nəticəsi açıqlanıb: 11 məscid yox edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Erməni işğalından azad edilmiş Şuşa şəhərində tarixi abidələrlə bağlı aparılan qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı aparılan ilkin araşdırmanın nəticəsi açıqlanıb.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı yaradılan işçi qrupun üzvü Faiq İsmayılov Trend-ə açıqlamasında deyib ki, Şuşa şəhərində normal vəziyyətdə qalan heç bir tarix və mədəniyyət abidəsi yoxdur:

"Bizim qrupun missiyası Şuşa şəhərindəki tarix və mədəni abidələrin monitorinqini keçirmək idi, o ərazilərdə olan abidələrin vəziyytini öyrənmək və bərpaya, konservasiyaya ehtiyacı olan abidələri müəyyən etmək və bu istiqamətdə layihələşdirmə işləri aparmaqdır. Biz orada monitorinq keçirərkən çoxsaylı dağıntılar gördük. Qədim-18-19-cu əsrə aid olan yaşayış evlərinin böyük əksəriyyətinin ancaq divarları qalıb. Dövlət qeydiyyatında olan bir çox abidələrimiz sökülərək yerində müasir binalar tikilib, yəni onlar yox edilib".

Onun sözlərinə görə, Şuşada 11 məscid tamamilə sökülərək yox edilib. 9 məscid öz formasını qoruyub saxlasa belə, tamamilə yarasız haldadır, onların bərpaya ciddi ehtiyac var.

F.İsmayılov qeyd edib ki, Şuşadakı karvansaraylarda dırnaqarası bərpa işləri aparılıb: "Amma bu işlər də yolverilməz hesab edilir. Onlar burada da erməniləşdirmə işləri aparıblar. Onlar bir az da orada qalsaydı, Şuşanın qədimliyindən heç bir əsər-əlamət qalmayacaqdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti