...

DOST İş Mərkəzinin direktoru “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib

Cəmiyyət Materials 26 Dekabr 2020 16:11 (UTC +04:00)
DOST İş Mərkəzinin direktoru “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib

Bakı. Trend:

Vətən müharibəsində ölkəmizin ərazilərinin azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, buna görə də Prezident İlham Əliyevin Sərəncamları ilə medallarla təltif edilənlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışanlar da var.

Onlardan biri - Nazirliyin DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov dövlət başçısının Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.
Ehtiyatda olan zabit F.Cəbrayılov müharibənin ilk günlərindən səfərbərlik çərçivəsində ordu sıralarına qatılıb. Baş leytenant, tağım komandiri kimi Silahlı Qüvvələrin döyüş əməliyyatlarında iştirak edib.

Ümumilikdə, Nazirlik sistemindən müxtəlif vəzifələrdə çalışan 81 əməkdaş səfərbərlik əsasında İkinci Qarabağ müharibəsində iştirak edərək, möhtəşəm Zəfərimizin qazanılmasına, şanlı tariximizin yazılmasına şərəflə öz töhfəsini verib.

Qələbəmizin qəhrəmanları ilə fəxr edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti