...

Rusiya mütəxəssisləri Ağdamın minalardan təmizlənməsinə başlayıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Yanvar 2021 12:23 (UTC +04:00)
Rusiya mütəxəssisləri Ağdamın minalardan təmizlənməsinə başlayıb (FOTO/VİDEO)

Ağdam. Samir Əli - Trend:

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin nümayəndələri yanvarın 6-dan etibarən işğaldan azad olunan Azərbaycan ərazilərinin minalardan, partlamamış döyüş sursatlarından, eləcə də partlayış təhlükəli əşyalardan təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatlarına başlayıb.

Trend-in məlumatına görə, bunun bu gün Ağdam rayonunda keçirilən mətbuat konfransında Fövqəladə Hallar nazirliyinin əməkdaşı Ramil Hüseynov deyib.

O bildirib ki, əməliyyatlara Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb edilib: "Bu işlərlə yanaşı, razılaşdırılmış və təsdiqlənmiş tədris və təlim proqramına uyğun olaraq rusiyalı mütəxəssislərlə birlikdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin təlim və tədris kursları da davam edir. Təlim-tədris kursları nəzəri və praktiki həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti