...

Gəncədə COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2021 11:19 (UTC +04:00)
Gəncədə COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir (FOTO)

Bakı. Samir Əli - Trend:

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq şəhərdə müntəzəm olaraq reyd, monitorinq, maarifləndirmə tədbirləri və dezinfeksiya işləri görülür.

“İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən reydlər həyata keçirilir ki, bu zaman müəssisələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılır.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları da öz fəaliyyətlərini davam etdirirlər. 35 mobil qrupun üzvləri gün ərzində şəhərdə əhalinin sıx toplaşdığı ərazilərdə, xüsusilə ATM-lərin qarısında sakinlərlə söhbətlər aparıb, vətəndaşları xüsusi karantin rejiminin qaydaları, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə riayət etməyə çağırırlar.

Bununla yanaşı Gəncədə davamlı olaraq dezinfeksiya işləri də aparılır. İşlər mərkəzi küçə və prospektlərlə yanaşı, qəsəbə və yaşayış massivlərini, çoxmənzilli yaşayış binaları və həyətlərini, dayanacaqları, yeraltı piyada keçidlərini, park və xiyabanları əhatə edir.

Görülən kompleks tədbirlər Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının azalmasına müsbət təsir göstərir. İşlər bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti