Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib (FOTO)

Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formada ilk iclası keçirilib.

Trend-in məlumatına görə, onlayn iclası açan komitə sədri Bəxtiyar Əliyev həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. Komitə sədri bildirib ki, ötən – 2020-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuz torpaqlarımızın ermənilər tərəfindən içğalına son qoyub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bəxtiyar Əliyev igid Azərbaycan övladlarının şücaəti ilə bağlı məqamların dərsliklərə salınacağını dilə gətirib. Şəhidlərə Allahdan rəhmət, qazilərimizə tezliklə şəfa arzulayıb.

Sonra komitə sədri 2020-ci ilin payız sessiyası ərzində görülən işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hesabat dövründə komitənin 13 iclası keçirilib və 26 məsələ müzakirə edilib. Bildirilib ki, “Təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” və digər vacib sənədlərdə edilən mühüm dəyişikliklər qanunvericiliyin möhkəmləndirilməsində, sözügedən sahələrdə mövcud olan boşluqların aradan qaldırılmasında mühüm rol oynayıb.

Bəxtiyar Əliyev hesabat dövründə vətəndaşlardan komitəyə 328 ərizə, məktub və müraciətin daxil olduğunu bildirib. Vətəndaşların qeyd etdiyi problemlərlə bağlı müraciətlər komitə sədri tərəfindən aidiyyəti qurumlara ünvanlanıb.

Sonra payız sessiyası dövründə komitə üzvlərinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindəki fəaliyyətindən, beynəlxalq tədbirlərdə videokonfrans formatında iştiraklarından söz açan komitə sədri, ümumilikdə Milli Məclisin ötən dövr ərzində qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyini vurğulayıb.

Bəxtiyar Əliyev ötən ilin avqustunda təhsil naziri Emin Əmrullayevin iştirakı ilə komitə üzvlərinin videoformatda görüşünün keçirildiyini, COVİD-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına və yeni dərs ilinə hazırlıqla bağlı məsələlərin geniş müzakirə edildiyini vurğulayıb.

Hesabat məqbul hesab edilib.

Sonra onlayn iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunverilik işləri planı müzakirə edilib. Bəxtiyar Əliyev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. Komitənin iş planı yekdilliklə təsdiqlənib.

Onlayn iclasda komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev, Ülviyyə Ağayeva və Şahin Seyidzadə iştirak ediblər.

İranda koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri keçib
İranda koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri keçib
"Tesla"nın maliyyəsi 540 milyard dollar azalıb
"Tesla"nın maliyyəsi 540 milyard dollar azalıb
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
Loading Bars
Xəbər lenti
Gəncə-Naxçıvan aviareysinin bərpası məsələsinə yenidən baxılacaq
İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərin ailə üzvlərinin müayinə və müalicəsi davam edir (FOTO)
Füzulidə növbəti dəfə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb (FOTO/VİDEO)
Gəncədə ana və 2 azyaşlı övladının ölümü ilə bağlı cinayət işi açıldı
Azərbaycanda yeni universitet yaradılır
Şəkərli diabet xəstələrinin sayı 2,5 dəfə artıb
Ötən il 10 mindən çox müəllim kənd məktəblərində fəaliyyətə başlayıb
İranda koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri keçib
Azərbaycanda 7 minə yaxın əcnəbi təhsil alır
Əməkdar artist atasından sonra anasını da koronavirusa görə itirdi
YAP-ın sədr müavini kollektivə təqdim olunub (FOTO)
5 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artıb
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi şəhid anaları ilə görüşüb (FOTO)
Qarabağdakı tikinti Azərbaycanın inşaat sektorunda artıma səbəb olacaq - "Global Data"
Paşinyan istefa verir? - Şərt kəsildi
Bakıda üzərinə dəmir parçası düşən qadının ölümü ilə bağlı cinayət işi başlandı
Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır
Polis heroin alverçilərinə qarşı əməliyyat keçirdi, 16 kiloqram narkotik aşkarladı (FOTO/VİDEO)
Sevdiyi qız oğlanın üzərinə spirt töküb yandırıb
"Tesla"nın maliyyəsi 540 milyard dollar azalıb
Aİ şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçib
Yerevanda prezident iqamətgahının qarşısında aksiya keçirilir
Nazirlər Kabinetinin hesabatı parlamentə daxil olub
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
Qeyri-rəsmi məşğulluqla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir
Naxçıvanda daha bir sabiq nazir həbs edilib
Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təsdiq edildi
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır
“Modern Diplomacy” portalında “Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq” adlı məqalə dərc olunub
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı maarifləndirmə aparılmalıdır - Deputat
Aİ ilə "Aİ Biznes Mühiti Hesabatı 2020" sənədinin nəticələrini müzakirə edirik - Nazir
Qarabağ sülh müqaviləsinin icrası davamlı sülh və təhlükəsizlik üçün əsas amildir - "Azernews" qəzeti
Öz yaxınlarınıza və tərəfdaşlarınıza “Xurcun Luxury Nuts, Sweets & Dried fruits” ilə birgə sevinc bəxş edin (FOTO)
Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
YAP milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək - Naqif Həmzəyev
Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
Qubadlı və Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Bu günə kimi 4 527 şəxs öhdəliyə götürülüb - "YAŞAT" Fondu
Bərdədə mənzil qarət edən dəstə saxlanıldı (FOTO)
Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb
Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlanıb
138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
İlin əvvəlindən Ceyhan terminalı ilə 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ötən həftə 455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
Köhnə kafedən qumbara aşkarlandı
Ermənistan 30 il işğalda saxladığı ərazilərdə misilsiz mədəniyyət incilərini məhv edib - Deputat
Məhkumla videogörüşlərə icazə verilə bilər
Cəza çəkən şəxslərin qəbul imtahanlarında iştirakı təklif edilir
Hərbçilərə mənzil kirayəsi üçün kompensasiyanın artırılması təklif olunur
DSMF-nin həbs olunan sabiq əməkdaşının işi məhkəməyə göndərildi
FHN binalarda yanğın təhlükəsizliyi ilə bağlı reydlərə başladı (FOTO/VİDEO)
Qeydiyyata alınmayan binalarda mənzil satışına qadağa qoyulsun - TƏKLİF
Sabiq daxili işlər naziri, general-leytenant həbs olunub - RƏSMİ
Azərbaycanda 411 mindən çox insan vaksinasiya olunub
Damı uçan məktəbdə təmir işlərinə başlanılıb
Pensiya yaşına çatanlarla bağlı TƏKLİF
Müavinətlərin məbləğinin artırılması təklif edilir
Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub
Aliment Fondunun yaradılması təklif edilir
Şəxsiyyət vəsiqəsindəki fotoşəkildə baş örtüyündən istifadə edilə bilər
Hərbi qulluqçuların problemlərinin həlli daim dövlətimizin diqqətində olacaq - Spiker
Koronavirusa görə bağlanan bu məktəbdə dərslər bərpa olunub
Baş prokurorluğa vətəndaş müraciətləri ilə bağlı qaydalar açıqlanıb (VİDEO)
Milli Məclisin iclası keçirilir
Azərbaycan nefti bahalaşıb
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
“Məşədibad hamamı”nın müştəriləri həbs edilib (FOTO)
Naftalanda indiyədək 1000-dən çox şəxsə vaksin vurulub
Narkotik alverçisindən 10 kiloqram marixuana götürülüb (FOTO)
182 mindən artıq fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Ermənistan UNICEF nümayəndəsinin mandatını dayandırıb
Azər Türk Bank kredit faizlərini endirdi
Azərbaycanda qızıl ucuzlaşıb
Mili həmrəylik dövlət siyasətinin strateji prioritetidir
Deputatlar bu gün 8 məsələnin müzakirəsinə toplaşır
Füzuli rayonunun Gorazıllı kəndi (VİDEO)
Azərbaycan və Türkiyənin Los Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüb (FOTO)
Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır - Adil Allahverdiyev
Atasının avtomobili ilə avtoxuliqanlıq edən şəxs həbs olunub (FOTO)
İctimai iaşə obyektlərində 1000-dən çox nöqsan aşkar edilib
İsraildə ötən sutka koronavirusa 3 mindən artıq yoluxma qeydə alınıb
Ötən il ərzində Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb
Martın 9-da xarici valyutaların manata qarşı məzənnələri
Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb
Tovuzda iki minik avtomobili toqquşub
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
Koronavirusla mübarizə tədbirləri qripə yoluxma hallarını azaldıb - ÜST
Almaniyada "YouTube"un işində qüsurlar qeydə alınıb
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb (FOTO)
Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Niderlandda komendant saatı martın 31-dək uzadılıb
Britaniyada daha 4 712 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
Bütün xəbərlər