...

Qarabağda yayım həyata keçirmək üçün CBC TV kanalına müddətsiz regional televiziya yayımı lisenziyası verilib

Cəmiyyət Materials 18 Yanvar 2021 14:56 (UTC +04:00)
Qarabağda yayım həyata keçirmək üçün CBC TV kanalına müddətsiz regional televiziya yayımı lisenziyası verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Milli Televiziya və Radio Şurasının 29 dekabr 2020-ci il 13/3 saylı Qərarı ilə “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC TV kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyası verilmişdir.

Milli Televiziya və Radio Şurasından Trend-ə verilən məlumata görə, 05 fevral 2020-ci il tarixli 2/2 saylı Qərarına əsasən “ATV PLUS” MMC “TV Texservis” MMC-nin ona qoşulması ilə əlaqədar olaraq yenidən təşkil edildiyinə və onun hüquqi varisi olduğuna görə “TV Texservis” MMC-yə Şura tərəfindən verilmiş lisenziya ləğv edilmişdir.

Şuranın 13 may 2020-ci il tarixli 7/1 saylı Qərarına əsasən hazırda ümumrespublika yayımçısı kimi fəaliyyət göstərən ”Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin (REAL TV) müraciəti əsasında ona peyk yayımı üçün Şura tərəfindən verilmiş verilmiş lisenziya ləğv edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti