...

ENGİNET təhsil işçilərinə özəl təklif hazırlayıb

Cəmiyyət Materials 21 Yanvar 2021 12:25 (UTC +04:00)
ENGİNET təhsil işçilərinə özəl təklif hazırlayıb

Bakı. Trend:

Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET şirkəti “Virtual Təhsilə dəstək” layihəsi çərçivəsində bütün təhsil işçilərinin qarşısında özəl təkliflə çıxış edir. Müəllimlər qeyd olunan linkə daxil olaraq və müvafiq formanı dolduraraq hədiyyəni əldə etmək şansını qazanacaqlar. Odur ki, qeydiyyatdan keçin və hədiyyəni qaçırmayın!

Link: https://bit.ly/2M2adxB

Xatırladaq ki, “Virtual Təhsilə dəstək” layihəsi 2020-ci ilini sentyabr ayından başlamışdır və təhsil sahəsində çalışanlara keyfiyyətli virtual tədrisin təşkili üçün bir sıra güzəşt və imtiyazlar təqdim edir.

Belə, “Virtual Məktəb” və digər tədris platformalarından rahat və çevik istifadəsinə şərait yaratmaq və keyfiyyətli tədris prosesinin təşkili məqsədilə təhsil işçiləri ENGINET şirkətinə məxsus “BİRLink” brendi tərəfindən ödənişsiz olaraq iki ay ərzində 30 mb/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və istifadə üçün avadanlıqla təmin olunacaqlar. Layihəyə qoşulmuş bütün istifadəçilər “Bakcell” mobil operatoruna məxsus ödənişsiz nömrə, ölkədaxili zənglər üçün dəqiqələr, mobil internet paketi və ən əsası həmkarlar ilə pulsuz danışıq imkanı əldə edərək güzəştli mobil rabitə ilə təmin olunacaqlar. Bundan əlavə, “Virtual Məktəb” platforması üzərindən qeydiyyatdan keçən müəllim və şagirdlərə lisenziyalı Microsoft Office 365 proqramlarını ödənişsiz yükləmək mümkün olacaq. Həmin platforma üzərindən qeydiyyat zamanı yaranan çətinliklərlə bağlı isə Azəbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkəti texniki dəstək göstəcək. Layihə çərçivəsində, müəllimlər məsafədən tədris üçün lazımı texniki biliklərin artırılması məqsədilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən keçirilən təlimlərdə endirimli iştirak edə bilərlər. Yalnız layihəyə qoşulanlar, dünyamiqyaslı GEANT beynəlxalq akademik şəbəkə çıxış imkanı əldə edəcəklər. Bunlardan başqa, “Smart Electronics” mağazalar şəbəkəsində təhsil işçiləri distant tədris üçün lazımı elektronika avandlıqlarını xüsusi endirilmlərlə əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti