...

20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı

Cəmiyyət Materials 21 Yanvar 2021 15:28 (UTC +04:00)
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanvarın 20-də ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti