...

Bu rüsumların məbləği azaldılır

Cəmiyyət Materials 12 Fevral 2021 15:34 (UTC +04:00)
Bu rüsumların məbləği azaldılır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır.

Trend-in məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, bu rüsumun məbləği 1,5 manat müəyyən edilir.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.

Dəyişikliklə bir neçə xidmtə görə rüsum ləğv edilir.

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti