...

Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb

Cəmiyyət Materials 26 Fevral 2021 21:29 (UTC +04:00)
Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb

Bakı. Ceyla Əliyeva, tərcümə Orxan Nəbiyev - Trend:

Xocalı hadisələrinin şahidi, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Samirə Hüseynova həmin günlə bağlı xatirələrini bölüşüb.

Trend-in məlumatına görə, o, ADA Universitetində Xocalı faciəsinə həsr olunmuş tədbir zamanı çıxış edib.

S.Hüseynova bildirib ki, hadisə baş verən vaxt 12 yaşı var idi:

"Hadisələr başlayanda biz evdə idik. Atam gəlib xəbər verdi ki, ermənilər şəhərə daxil olub, ona görə də uşaqları, qadınları və qocaları Xocalıdan çıxarmaq lazımdır. Biz çətinliklə çaya çatdıq, ayaqyalın buz kimi sudan keçərək meşəyə daxil olduq. Bütün bu vaxt ərzində ermənilər bizi təqib edirdi. Gözlərimin önündə çox adam həlak oldu. Kiçik qardaşım gözündən güllə yarası aldı".

O bildirib ki, ailəsi çətinliklэ Ağdama çatdı. Oraya həlak olanların meyitlərini də gətirməyə başlamışdılar:

"Mən atamı və qohumlarımı axtarmağa başladım, amma heç kimi tapa bilmədim və o vaxtdan bəri onlar barədə heç nə eşitməmişəm".

Xəbər lenti

Xəbər lenti