...

Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Mart 2021 12:24 (UTC +04:00)
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)

Bakı. Trend:

Fransanın Nant şəhərində fəaliyyət göstərən "Qarabag" Azərbaycan məktəbində növbəti dərsin mövzusu Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, dərs Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində şagirdlərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalı şəhərində mülki azərbaycanlılara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri kütləvi qırğın barədə ətraflı məlumat verilib. Xalqımızın hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdiyi, beynəlxalq ictimaiyyətdən bu faciəyə hüquqi-siyasi qiymət verilməsini və erməni cəlladlarının məsuliyyətə cəlb olunmasını tələb etdiyi bildirilib.

Sonra tarixi faktlar əsasında hazırlanmış videoçarx təqdim edilib.

"Qarabaq" məktəbində Xocalı soyqırımı barədə fotoşəkillər, məlumatlar və kitablardan ibarət guşə də yaradılıb.

Qeyd edək ki, Fransanın Nant şəhərindəki "Qarabağ" Azərbaycan məktəbi Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti